“Azərpoçt”un adından dələduzluq - Diqqət!

“Azərpoçt” MMC adından istifadə edilərək vətəndaşlar aldadılır. Bu barədə MMC məlumat yayıb: 

“Sosial kanallarda yaradılmış saxta “Azərpoçt” səhifəsindən paylaşım edilərək itirilən, eləcə də, 6 aydan çox poçt şöbəsində qalan bağlamaların simvolik qiymətə - 2,28 AZN-ə satıldığı bildirilir. Kiçik məbləğə böyük hədiyyələr vəd verən paylaşımda sifariş üçün vətəndaşlardan linkə keçid etmələri xahiş olunur.

Heç bir halda bu kimi paylaşımlara güvənməyin və linklərə daxil olaraq fərdi kart məlumatlarınızı bölüşməyin.

“Azərpoçt” heç bir zaman sahibsiz bağlamaları satışa çıxarmır!

Həmçinin “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, vətəndaşlardan dərhal “Azərpoçt”un 169 Çağı Mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”.


Tarix: 5-09-2024, 17:15 Oxunub: 269


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930