Müdafiə Nazirliyinin daha bir vəzifəlisi həbs edildi

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.
 
Belə ki, polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib.

Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.
 
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2–ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
 
Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Reallığı


Tarix: 10-08-2024, 13:36 Oxunub: 288


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930