Bulvarda kişi qadını döydü - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Bulvar ərazisində kişinin qadına şiddət göstərdiyini əks etdirən görüntülər yayılıb. DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Səbail rayonu Dənizkənarı Milli Park ərazisində kişi və qadın arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəni özündə əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bildirilib ki, hadisənin iştirakçısı olan 1989-cu il təvəllüdlü Coşqun Sadiqov və onun mübahisə etdiyi qadın müəyyən olunaraq Polis Bölməsinə gətiriliblər.

Görüntülərdəki qadın izahatında C.Sadiqovdan şikayət etmədiyini və ona qarşı heç bir tələbinin olmadığını bildirib. C.Sadiqov əməlində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tərkib hissəsi olduğundan barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.


Tarix: 7-07-2024, 10:07 Oxunub: 317


Bölməyə aid digər xəbərlər
14-03-2021, 21:21 Azərbaycanda qadın olmaq...


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930