İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanıldı - FOTO

      İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar.
      Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini Röyal Əliyev və Lənkəran şəhər sakini Şəhriyar Əhmədzadə saxlanılıblar. Ş.Əhmədzadənin icarəyə götürdüyü “Toyota” markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 16 kiloqram marixuana və 480 ədəd metadon həbi aşkarlanıb.
     Onların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə əlbir olaraq Bakı şəhərinə çatdırmağı planlaşdırdıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
     Faktla bağlı araşdırmalar davam etdirilir.


Tarix: 6-05-2024, 09:22 Oxunub: 374


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930