Cəlilabadda saxlanılan 3 nəfərdən 7 kiloqramdan artıq narkotik aşkarlanıb

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və həblərin satışını təşkil etmək istəyən şəxslər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər. 
    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
    Bildirilib ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Amid Əsgərov və Orxan Allahverdiyev Cəlilabad rayonu ərazisində saxlanılıblar. Onlardan ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kiloqram 885 qram marixuana, 1 kiloqram 935 qram tiryək və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb. 
    Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini Elnur Məmmədov Cəlilabad rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onun əlindəki bağlamadan 1 kiloqram 260 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. 
    Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Tarix: 5-12-2022, 13:29 Oxunub: 732


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930