Mühafizə etdiyi idman zalınının kassasından 12 min manat oğurladı

İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, paytaxtın Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib. Obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.
 
Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib.
 
Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.



Tarix: 24-04-2024, 12:48 Oxunub: 332


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031