İnsanlara içki təklif edərək, onları zəhərləyir, sonra isə ölümə tərk edir.
“LifeShot” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyada qeydə alınıb.
Qurbanlardan birinin sözlərinə görə, bardan çıxarkən Vladimir M. ona yaxınlaşıb və siqaret istəyib. Sonra isə həyətdə bir yerdə araq içməyi təklif edib. Üçüncü stəkandan sonra gənc huşunu itirib:
“Qaranlıq həyətdə oturmuşduq. İçməyə başladıq. Haradan olduğumu, valideynlərim barədə soruşdu. Üçüncü qədəhdən sonra halım pisləşdi, huşumu itirdim. Sonradan öyrəndim ki, o, məni həyətdən çıxarıb və küçənin hərəkətli hissəsinə atıb.
Orada səndələmişəm və yerə yıxılmışam. Xoşbəxtlikdən, məni yolun hərəkətli hissəsindən götürən və təcili yardım çağıran yaxşı insanlar olub. Bu insanlara və təcili tibbi yardım əməkdaşlarına çox minnətdaram”.
Gənc gözlərini bir də xəstəxanada açıb. Ona “psixotrop maddədən güclü zəhərlənmə” diaqnozu qoyulub.
Sonradan gəncin telefonunun və qızıl boyunbağının oğurlandığı aydınlaşıb.
Şübhəli şəxs artıq saxlanılıb. Oğurlanan əşyalar onun üzərində olub. Zərərçəkən onu tanıyıb.
Bölməyə aid digər xəbərlər