“Tik-Tok”da “ustalıq edən” qadın tutuldu (VİDEO)

     Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.
Daxili İşlrə Nazirliyindən verilən məlumata görə, zərərəçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Araşdırmalar zamanı S.Sadıqovanın Tik-Tok sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.


Tarix: 21-08-2023, 12:45 Oxunub: 120


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?