11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qalmaqallı məmur milyonluq villa aldı – Ağcabədidə nə baş verir?

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanıldı.
Lakin nazir müavininin istintaqa cəlb olunmasına baxmayaraq, onun havadarlıq etdiyi bəzi yüksək çinli məmurlar hələ də iş başındadır. Bu vəzifəli şəxslərdən biri də Ağcabədi Regional Mədəniyyət İdarəsinin müdiri Qalib Həsənovdur. Saxlanılan nazir müavinini yaxın silahdaşı olan Qalib Həsənovun adı yerli mətbuatda tez-tez müxtəlif qalmaqallarda hallanır.
AzTimes.az saytına daxil olan məlumata görə, Qalib Həsənov Regional İdarəyə adı rüşvətdə hallanan yeni baş mühasib təyin edib. Əvvəllər Ağcabədi Mərkəzi Poçtunda çalışmış və hazırda Mədəniyyət idarəsində iş başında olan Zaur Adilov vaxtilə Mərkəzi Poçtdan külli miqdarda vəsait mənimsədiyi üçün qovulub. Bundan başqa yoldaş Adilov hüquq-mühafizə orqanları tərəfindən istintaqa da cəlb olunub. Qalib Həsənovun müəmmalı kadr siyasəti bununla yekunlaşmır. Idarə müdiri tabeçiliyində olan təhsil ocaqlarına səriştəsiz kadrları təyin edir. Bir qayda olaraq bəzi yerlərdən ali təhsilli kadrlar uzaqlaşdırılaraq yerlərinə orta təhsillilər təyin olunur.
Q.Həsənot təcrübəli kadrlara qarşı qısqanclıqla yanaşır və onları işdən uzaqlaşdırmaq ücün vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şantaj metodlarından istifadə edir. Q. Həsənovunda kadr siyasəti də qüsürludur. O tabeliyində olan təhsil müəssələrinə səriştəsiz, saxtakarlığa meylli, orta təhsilli kadrlar təyin edir. Belə faktlaran Ağcabədi şəhər musiqi məktəbi ,Ağcabədi Ü.Hacıbəyli adına uşaq incəsənət məktəbi, Ağdam şəhər xındırıstan kənd musiqi məktəbi göstərmək olar
Ağdam rayonu Xındırıstan musiqi məktəbində qeydə alınan faktı diqqətə çatdıraq. Həmin məktəbə İdarə müdiri tərəfindən şiddətli töhmət verilən birisi müəmmalı şəkildə direktor təyin olunub.
Qalmaqallı müdirin adı xüsusilədə saxta tender əməliyyatlarında da hallanır. Görünən odur ki, müxtəlif qalmaqallarla gündəmə gələn Qalib Həsənov Mədəniyyət naziri Anar Kərimova yalnız zərbə vurmaqla məşğuldur. Onun əməlləri nazirin nüfuzuna xələ gətirir.
Q. Həsənov bu cür özbaşınalıqlarla Bakı şəhəri Badamdar qəsəbəsində dəyəri milyonlarla ölcülən 3 mərtəbəli villaya sahib olub.
Q.Həsənovun istənilən təyinatı bu cür şübhəli saxtakarlıqlara zəngindir. Bu da Müzəffər Ali Baş Komandanımızın mədəniyyət siyasətinə tamamilə ziddir.


Tarix: 24-11-2022, 13:05 Oxunub: 629


Bölməyə aid digər xəbərlər