2021-ci ildə paylaşılan videogörüntüyə görə Şəki sakininin avtomobili duracağa aparılıb. Hadisə Şəki rayonunun Baş Laysqı kənd sakini Nəbi Hüseynovun başına gəlib. Nəbi Hüseynov bildirib ki, dörd il əvvəl lentə alınmış videoda avtomobili oğlu Oruc Hüseynov meşəlik ərazidə idarə edib və onun da sürücülük vəsiqəsi var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, sosial şəbəkələrdə yeni paylaşılan avtoxuliqanlıq görüntüləri ilə əlaqədar həmin nəqliyyat vasitəsinin sahibi Nəbi Hüseynov polisə dəvət edilib.
“Araşdırma zamanı onun oğlu Oruc Hüseynovun etibarnamə olmadan idarə etdiyi VAZ-2106 markalı avtomobillə 2021-ci ildə rayon ərazisində avtoxuliqanlıq etdiyi məlum olub. Onunla profilaktik söhbət aparılıb, qanunvericiliyin tələbləri izah edilib və gələcəkdə belə hallara yol verməməsi barədə xəbərdarlıq olunub”, - M.Məsimov deyib.
Bölməyə aid digər xəbərlər