11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Tovuz MERO-da rəis dəyişsə də, özəl qanunlar dəyişmədi

    Məsələ qanun pozuntularına görə bir məmuru çıxarıb yerinə başqasını qoymaqla yekunlaşmır. Rüşvəti və korrupsyanı yaradan, onu bu işə cəlb edənlərin özlərinin məsuliyyətə alınması daha vacib şərtdir. Ölkədə məmur əyləşdiyi stula rüşvət mənbəyi kimi baxır. Vəzifə adı çəkiləndə birinci xidmət edəcəyi xalq deyil, həyat yoldaşı, uşaqları, nəvələri, yaxın qohum-əqrabasını  düşünür. Sağalması hələ ki, mümükün olmayan bu xəstəliyin hara kimi sürəcəyi akademiklərə də məlum deyil.
       Ola bilər ki, Azərbaycanın bütün regiaonlarında bu vəziyyət acınacaqlıdır. Yazılır da, puzulur da, dəyişirilir də, lakin əsaslı tədbir görülmür. Çünki həmin idarənin başında 72 yaşını ötmüş, bu yaşda da böyük karyera axtaran, işlədiyi sahəni iflic vəziyyətə salan general Ramiz Zeynalov durur. 
 Tovuz 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış şöbəsini 20 ildən artıq basıb-talayan generalın bacısı oğlu Xəqani Əsgərovun vəzifədən gedişinə hamı sevindi ki, sürücülərin canına düşən bürə tezliklə təmizlənəcək. Heç də sevinc uzun sürmədi. Həmin ilin, yəni 2021-ci ilin 8 oktyabr tarixində Qaradağ Yol Polis Şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov  nüvafiq sərəncamla Xəqani Əsgərovu əvəzlədi. Nə etməli? Yağışdan çıxıb yağmyara düşən sürücülərin dərdləri üstünə dərd gəldi. Qaradağ Yol Polis Şöbəsində rəis işləmiş bu insan heç cürə hazırda tutduğu vəzifədə təmiz işləyə bilməzdi. Onu da qeyd edim ki, Vüqar Orucovun ətrafı, onun bu vəzifəyə necə gətirilməsi araşdırılsa, ona havadarlıq edənlər, arxa duranlar güzgü kimi aydın olar.
 Vətəndaşların qəbulu üçün həftənin 4-cü gününü seçən, hamıya yuxarıdan aşağıya baxan, tapşırığını özünə yaxın olan işçilərinə verən və onların əli ilə iş görən Vüqar Orucovun bu hərəkəti heç cürə qəbuledilməzdir.
       Araşdırmalr göstərir ki, Xəqani Əsgərovun dövründə aşağıdan başlasaq,  avtomobillərin markasından asılı olaraq texniki baxış 40-60 manata edilirdisə, bu rəqəm hazırda 70-80 manata çatıb. Sürücülük vəsiqəsi “B”, “C” üçün 1200,  təkcə “B”  kateqoriyası üçün 600 – 700 manat,  “D” və “E” kateqoriyaları açdırmaq üçün hər birinə 1200 manat, avtomobillərin sənədləşməsi 150-180 manat və sairə tələb olunur. Məsələ ilə bağlı Vüaqr Orucovun əyləşdiyi binanın 2-ci mərtəbəsinə çıxmaq da lazım deyil, “işbazlar” səni elə 1-ci mərtəbədəcə qarşılayır. Bəli, həmin qiyməti ver, elə yerindəcə sürücülük vəsiqəsaini apar. Bu nə hal, bu nə qəzadır?
 Gülüncdür ki, əksər sığorta şirkətlərinin yarlərdəki nümayəndəliyi maşının sığortası ilə yanaşı, texniki baxışdan da keçirməyə söz verirlər. Təki əlin cibində olsun. Sual olunur? – Həmin nümayəndələr kimlərlə əlaqəyə girib maşının üzünü görmədən bu işi icra edə bilirlər, hörmətli Vüqar Orucov?
     Srücülük vəsiqəsinə adicə kateqoriya açdırmaq üçün zorla Vüqar Orucovun qəbuluna düşüb haqqı tələb etdikdə, əlin üzündə qalır ki, binanın aşağısında gedən proseslərdən rəisin xəbəri yox imiş... İndi sən gəl, koru körpüdən keçir. Bəs onda aşğıdakılar kimin göstərişi ilə işləyir? Su idarəsinin, komuxozun, pensiya fondunun, məşğulluq idarəsinin müdirlərinmi göstərişi iləmi, yoxsa?..
       Belə haqsızlıqları görəndə bircə şeyi düşünürük:” Çarəsiz sürücülər”.
 Sirr deyil ki, sürücülük kurslarında gələcəyin sürücüsü olan şəxslərin biri də dərs keçmir. Əksər yerlərdə heç sürücülük məktəblərinin bazası da yoxdur. Bəs dərs keçməyən, yol hərəkəti qaydalarından xəbəri olmayanlar Vüqar Orucovun imtahanından necə keçirlər? Maraqlıdır ki, imtahana buraxılan, məsələn 30 nəfərdən həmin gün 25-i qiymət alır. Allahı başımızın üstə saxlayıb, imtahanlardan keçəni ictimaiyyət nümayəndlərinin iştirakı ilə yenidən inam üçün imtahana salsaq necə? Yenə də həmin 25 nəfər qiymət ala bilərmi? Yaxşı olar ki, əyləşdiyi şöbəni korrupsiya yuvasına çevirən şöbənin rəisi cənab Vüqar Orucov bu sualımıza özü cavab verə.
Əvvəla, sükanları bərk olsun, Tovuz 10 saylı RİQ və TB şöbəsi son ildə xeyli qadınlarımıza sürücülük  vəsiqəsi verib. Gəlin görək, onlardan hansı öz biliyinə imtahandan keçib? Kimin narazılığı varsa,  inamı yoxsa nümunə üçün Vüqar Orucovun rəis gəldiyi gündən bir neçə nəfəri təzədən imtahan edək. Həmin vaxt çox məsələlər ortaya çıxacaq. Belə halda Vüqar Orucov hansı haqq və ədalətdən dəm vura bilər?
    Mövzu diqqətimizdədir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

İlham Hacalı,
ATİA.AZ












                                                                                                           


Tarix: 13-09-2023, 08:30 Oxunub: 544


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
26-07-2020, 09:37 Polad Generalımız - VİDEO