11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Mənzillərin qiyməti bahalaşdı - 75-80 min manat...

Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir.
Əvvəllər köhnə tikli binalarda iki otaqlı mənzillər 75-80 min manata təkilif edilirdisə, hazırda 100 min manata belə mənzil tapmaq müşkülə çevirilib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə deyib ki, qiymət artımı təkcə yeni tikli evlərdə müşahidə edilmir. Onun sözlərinə görə, köhnə tikili 5 və 9 mərtəbəli binalardakı evlərdə də qiymət artımı var. Ekspert hesab edir ki, dünyada son vaxtlar baş verən hadisələr Azərbaycan bazarında mənzilə tələbi çoxaldıb. Bu da qiymət artımını qaçılmaz edib.
Ekspert deyib ki, həmin ölkə vətəndaşları Azərbaycanda ev alıb kirayə verməklə əllərində olan vəsaiti həm də bir növ sığortalamış olurlar.
Ramil Osmanlının sözlərinə görə, qarşıdakı aylarda mənzillərin qiymətində enmənin olması gözlənilmir.
Rieltor Həşim Qədirov vurğulayıb ki, köhnə tikli binalarda qiymət artımı heç vaxt bu həddə gəlib çıxmayıb.
Onun sözlərinə görə, mənzil bazarına tələb Rusiya və Ukraynadan Azərbaycana kütləvi axın olan zaman daha çox oldu. Amma sonradan bu hal daşınmaz əmlak bazarında durğunluğa gətirib çıxardı.


Tarix: 5-12-2022, 09:39 Oxunub: 112


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?