Azərbaycanda vətəndaşlara və sahibkarlara XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz



Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlıq subyektlərinə xəbərdarlıq edilib. 

ATİA.AZ-ın məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib ki, bu növ icbari sığorta şəhadətnamələrin qüvvədə olma müddəti 1 ildir. Onun sözlərinə görə, ötən ilin bu vaxtlarında bağlanmış müqavilələr yenilənməlidir.

Elmar Mirsalayev qeyd edib ki, daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən  şəxslər əsasən ev-əmlak alqı-satqısı və ya girov əməliyyatları zamanı da məhdudiyyətlərlə üzləşə bilərlər.

İcraçı direktor daşınmaz əmlakın icbari sığortası ilə bağlı tarif və sığorta təminatının həcminə diqqət çəkib.

O bildirib ki, tarif və sığorta təminatı əmlakın yerləşdiyi bölgə və onun təyinatına uyğun müəyyən edilir.


Tarix: 25-02-2022, 09:15 Oxunub: 286


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031