11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Bu binalardakı mənzillərə çıxarış verilməyə bilər (VİDEO)

    Bakıda və Abşeron yarmadasında inşa edilən bəzi binalardakı mənzillərə çıxarış verilməyə bilər.
Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, paytaxt ərazisindəki bəzi binalarda yaşayış olsa da, onlar istismara qəbul edilməyib.
    Eskpert deyib ki, həmin binaların istismara qəbul edilməməsinin müxtəlif səbəbləri var. Əsas problem təhlükəsizliklə bağlıdır. Buna görə də Əmlak      Məsələləri Dövlət Xidməti tərəfindən bu binaların çıxarışla təmin olunması mümkün olmaya bilər.
    Onun sözlərinə görə, yeni tikilən əksər binalarda hüquqi məsələlərdən yaranan problemlər də az deyil. Xüsusilə də eyni mənzilin bir neçə nəfərə satılması çıxarışların verilməsi prosesini uzadır. Ramil Qasımzadə vətəndaşların ev alarkən aldanmaması üçün bəzi qayadalara əməl etmələrini tövsiyə edib.
     Ekspert əlavə edib ki, əgər yeni inşa olunan bina dövlət qeydiyyatına alınmayıbsa və onun istismar aktı yoxdusa, mənzillər çıxarışla təmin olunmayacaq.
     Mövzu ilə bağlı daha ətraflı videomaterida:


Tarix: 13-01-2024, 07:28 Oxunub: 171


Bölməyə aid digər xəbərlər