13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Qazax rayon Doğum Evinin binası cəngəllik və zibillik yuvasına çevrilmişdir....

Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova;
Azərbaycan Respublikasının Mədəniyyət  Naziri cənab Anar Kərimova;
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə
Qazax rayonu, Ağköynək kənd sakini, II qrup əlil, ictimai fəal  Vəliyev Rüstəm Oruc oğlu, Qazax rayonu, Canallı kəndində qeydiyyatda olan ictimai fəal Səfərov Orxan Omar oğlu və Qazax rayonu, Canallı kəndində yaşayan Zeynalov Vüsal Ramis oğlu tərəfindən
                              Kollektiv  Müraciət
     Bizim müraciətimiz illərdir baxımsızlıq və məsuliyyətsizlik ucbatından məhv olub dağılan, biznes mərkəzinə çevrilmiş,  1929-cu il tarixdə tikilmiş və hələ də tarixi-memarlıq abidəsi kimi qeydiyyata alınmayan Qazax rayon Doğum Evinin binası ilə bağlıdır.    Belə ki, həmin bina artıq dağılmaq təhlükəsi həddindədir və bina tarixi bina kimi məhv olmaq üzrədir.    Öyrəndiyimizə görə regional qurumlar Azərbaycan Respublikasının Mədəniyyət  Nazirliyinə həmin binanın tarixi-memarlıq abidəsi kimi qeydiyyata alınması ilə bağlı müraciət ediblər. Ancaq, bu günə kimi həmin bina dövlət qeydiyyatına alınmamışdır.    Bunun məntiqi və acı nəticəsidir ki, həmin bina məhv olub dağılmaq üzrədir və binanın yerləşdiyi ərazi cəngəllik və zibillik yuvasına çevrilmişdir. Pandemiyanın bu dövründə həmin zibilliklər real infeksiya və virus, yoluxucu xəstəliklər yuvasına çevrilmişdir. 
Həmin bina əvvəllər Qazax MRX-nın nəzdində Doğum Evi Şöbəsi kimi fəaliyyət göstərirdi. Yeni Xəstəxana binasının açılışından sonra, həmin şöbə xəstəxanaya köçürüldü. Ancaq, hansısa işbazlar yenə də həmin binanı kimlərəsə qeyri-rəsmi icarəyə verib, pul qazanırlar.
    Həmin binanın tarixi-memarlıq binası kimi dövlət qeydiyyatına alınmasına maneçilik edən vəzifəli şəxslərin məqsədi görünür ki, həmin binanın satılmasına nail  olmaq və həmin aktdan külli miqdarda vəsait əldə etməkdir. Belə olmasa idi, həmin bina memarlıq-tarixi bina kimi qeydiyyata alınardı və Dövlət tərəfindən mühafizə olunardı.  
Həmin bina və  təxminən 1.5 hektar ətraf ərazinin Qazax şəhərinin mərkəzində yerləşməsini hesaba qatsaq, milyonlarla vəsait deməkdir. Bu iyrənc plan icra ediləcəyi təqdirdə onlarla təxminən yaşları əsrə bərabər  olan ağaclar da məhv edilib, kəsiləcəklər.  
Qeyd etdiyimiz bütün hallar kimlərinsə milyonluq planları üzrə sistematik xarakterli həyata keçirilir və real olaraq, onsuz da abadlaşma olmayan Qazax şəhərində həmin ərazi vəhşi meşəlikləri xatırladır.
Müraciətimizdə qeyd etdiklərimizi və digər diqqətəlayiq halları və ən əsası Azərbaycan Dövlətinin Ali maraqlarını rəhbər tutaraq, 1929-cu il tarixdə tikilmiş Qazax şəhəri, H.Əliyev prospektində yerləşən binanın tarixi-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınması və həmin binanın və ətraf ərazinin Dövlət tərəfindən qorunmasına və həmin ərazidə olan ağacların Dövlət qeydiyyatına alınıb, kəsilməsinin qarşısının vaxtında alınmasına dair müvafiq göstərişlər verəsiniz. 
    Dərin Hörmət vəEhtiramla:                                            
1.     Vəliyev Rüstəm Oruc
2.    Səfərov Orxan Omar
3.     Zeynalov Vüsal Ramis
      23.08.2021-ci il.
Əlaqə telefonu: 055-254-93-52, 055-948-64-54,055-655-87-58


 Orxan Səfərli, ATİA.AZ


Tarix: 24-08-2021, 04:30 Oxunub: 1 072


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı