11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Nərimanov rayonunda yaşayış binasının qarşısındakı səki qanunsuz "parkinqə" çevrilib - FOTO

   Paytaxt Bakının mərkəzində demək olar ki, artıq satılmayan yer qalmayıb. İş o yerə çatıb ki, yerləri satıblar, indi də keçiblər boş qalan binaların, obyektlərin üstünü satmağa. Xüsusən də belə qanunsuz əməllərə bəzi iş adamları, sahibkarlar öz gəlir yerlərini böyütmək üçün yol üstü, yol kənarı, hətta insanların gediş-gəlişi olan səki ətrafını belə zəbt etməkdən çəkinmirlər. Çox maraqldır, bu cür qanunsuzluqlara aidiyyəti orqanlar, xüsusən də yerli icra strukturları göz yumur, bir sözlə desək özünü görməməzliyə vurur.
      Müraciət edən, adının çəkilməsini istəməyən vətəndaş  göndərdiyi fotolarla bərabər bildirir ki, şəhərin mərkəzi olan Nərimanov rayonunda yaşayır, sözü gedən küçənin Xətai prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, yeni yaşayış binasının qarşısında səkini parkinqə çevriblər.
     Vətəndaş  dəfələrlə şikayət etdiyinə baxmayaraq tədbir görülmədiyini bildirir, çıxış yolunu məsələnin ictimailəşməsində axtarır ki, bəlkə aidiyyəti qurumlar görüb məsələyə biganə yanaşmazlar.


AZƏRBAYCANREALLIĞI.COM    


Tarix: 16-08-2023, 15:29 Oxunub: 133


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı