Ordumuzun əsgəri özünü güllələyərək öldürdü

    Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb.
          Bu barədə  Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elburus oğlu Ələkbərovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirib, eləcə də digər hərəkətlər icra ediblər.
    Fakt üzrə Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


Tarix: 26-07-2023, 14:41 Oxunub: 434


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930