11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Həlak olan hərbçimiz dəfn edildi...

Dünən bədbəxt hadisə nəticəsində həlak olan hərbçimiz Məmmədov Mehralı Novruz oğlu dəfn edilib.
ATİA.AZ xəbər verir ki, o doğulduğu Tovuz rayonunun Qəribli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
O, ötən il hərbi xidmətə yollanıb.
Evin tək oğlu olan Mehralının bir bacısı var.
Bədbəxt hadisə nəticəsində həlak olan hərbçimiz Məmmədov Mehralı Novruz oğlunun ölümü ilə bağlı cinayət işi başlanılıb.
 
Bu barədə  Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlunun mayın 27-də Laçın rayonu ərazisində qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində bədən xəsarətləri alaraq ölməsi barədə Qubadlı Hərbi Prokurorluğuna daxil olan məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra olunub.
 
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
 
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.


Tarix: 28-05-2022, 16:31 Oxunub: 544


Bölməyə aid digər xəbərlər