Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusunu elektrik cərəyanı vuraraq öldürüb.
Bu barədə Respublika Hərbi Prokurorluğundan  verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci ildə rayon ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Həmin məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.


Tarix: 14-06-2022, 09:32 Oxunub: 328


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031