Bakıda yoxuşa qoyulan “stop” yol hərəkət (2.5 - “dayanmadan keçmək qadağandır”) nişanı sürücülərin narazılığına səbəb olub.
Belə ki, bununla bağlı sürücülər sosial şəbəkələrdə paylaşımlar ediblər. Videogörüntüdə bildirilir ki, Süleyman Tağızadə küçəsi ilə Abdulla Şaiq küçəsinin kəsişməsində, yoxuşun sonunda “stop” nişanının qoyulması yanlışdır.
Belə ki, yoxuş istiqamətində hərəkət zamanı ani dayanma avtomobillər üçün ciddi təhlükə törədə bilər. Xüsusilə, qış aylarında, yolun buz bağlaması və ya hərəkət zamanı müşahidə olunan sıxlıqda avtomobillərin yoxuşun sonunda dayanması düzgün deyil.
Sürücülər iddia edir ki, Süleyman Tağızadə küçəsinin sonunda “stop” nişanı əvəzinə “yol ver” (2.4) nişanı qoyulmalı idi.
Sözügedən küçədən videogörüntünü təqdim edirik:
Bölməyə aid digər xəbərlər