11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Başçının himayə etdiyi şirkət təbiəti məhv edir – Sakinlər Prezidentdən kömək istədi – VİDEO

   Lənkəran rayonu, Təngivan kəndinin sakinləri icra başçısı Taleh Qaraşovdan şikayətçidir... - onlar bu barədə sosial mediada paylaşım ediblər.
     Sakinlər bildirir ki, kəndin ortasından keçən Lənkəran çayının yatağı icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi “PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.
    Təngivan sakinlərinin yaydığı videogörüntüdə bildirilir ki, çay yatağı darmadağın edilib: “Çay yatağının ətrafında olan yaşıllıqlar da ekskvator bura daxil olandan sonra məhv ediləcək. Şaiq Həsənovla Kamal Hüseynov əlbir olaraq böyük bir ərazini dağıdıblar. Dəfələrlə müraciət etmişik, amma səsimizə səs verən yoxdur. Hətta bu vəziyyəti videogörüntüyə alaraq nazirliyə də göndərmişik. Şaiq Həsənov 2 km ərazidə çayı qazaraq Lerik rayonunun Piran kəndinə qədər gedib çıxıb. Çay yatağının ətrafında olan pay torpaqları da artıq sıradan çıxır. Hazırda həm yaşıllıqları, həm də meşələri məhv edirlər. Dövlət qurumları hara baxır? Dəfələrlə dövlət qurumlarına müraciət etsək də, bildiriblər ki, bizim Şaiq Həsənova gücümüz çatmır”.


bakupost.az



Tarix: 30-08-2022, 06:29 Oxunub: 124


Bölməyə aid digər xəbərlər