11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Direktor təyin olunan deputatın ilk iş günündə BÖYÜK QALMAQAL: Nazir məktəbə getdi

    Naxçıvan MR Ali Məclisinin deputatı Turan Məmmədli Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbə direktor təyib olunub. Lakin onun ilk iş günü böyük qalmaqalla yadda qalıb.
  Turan Məmmədli məktəb daxilində ilk iclası keçirərkən bir sıra müəllimləri ağır ifadələrlə təhqir edib. Onları maaşlarını kəsdirəcəyi ilə hədələyib. Eyni zamanda bir sıra müəllimlərin saatlarını da mənimsəyib. Deputat özünü yeni rəhbərliyin yaxın adamı kimi təqdim edib
Bundan sonra müəllimlərlə direktor T.Məmmədli arasında böyük qalmaqal yaşanıb.
Münaqişə o həddə çatıb ki, məktəbin bütün şagirdləri təxliyyə edilib. Təhqir olunmuş bir neçə müəllimin səhhətinin pisləşdiyi, bir müəllimin isə infarkt keçirdiyi bildirilir. Məktəbə təcili tibbi yardım briqadaları və polis əməkdaşları çağrılıb. 
Məsələ Naxçıvan MR Ali Məclisə məruzə edilib. Dərhal məktəbə Naxçıvan MR-nın təhsil naziri Rəhman Məmmədov göndərilib.
Hazırda nazirin rəhbərliyi ilə məktəbdə iclas keçirilir. 

Manşet.az


Tarix: 2-02-2023, 13:46 Oxunub: 228


Bölməyə aid digər xəbərlər