Vətən müharibəsi iştirakçıları Şəhidlərimizi ziyarət etdilər...

Əfqanıstan və Qarabağ müharibəsi qəhrəmanı, "Əfqan Əli"  ləqəbi ilə tanınan, Qazaxın Fəxri Əli Qaragözovun təşəbbüsü ilə bir qrup Vətən müharibəsi iştirakçıları Qazağın Hüseynbəyli,  Salahlı, Aslanbəyli, Birinci Şıxlı, İkinci Şıxlı kəndlərinə gedərək  44 - günlük Vətən müharibəsində canından keçən  Şəhidlərimizi  ziyarət ediblər.
Bundan əlavə birinci Vətən müharibəsində birgə  döyüşdükləri   döyüşçü yoldaşlarını ziyarət ediblər. 

Kənd Şəhidlərini ziyarət etdikdən sonra, vertalyot qəzasında Şəhid olan,  Azərbaycanın Milli Qəhrəmanı
 Alı Mustafayevin adına inşa edilmiş bulaq kompleksinə gələrək, Milli Qəhrəman Alı Mustafayevi yad ediblər. 

Vətən müharibəsi iştirakçıları Şəhidlərimizi ziyarət etdikdən sonra, Ümummilli liderimiz Heydər Əliyevin adına salınmış parka gələrək, Ümummilli Liderimiz Heydər Əliyevin adına ucaldılmış abidəyə gül-çiçək dəstələri qoyaraq ziyarət ediblər.


ATİA.AZ saytı olaraq,  Şəhidlərimizə göstərdikləri diqqət və qayğıya görə Vətən müharibəsi iştirakçılarına öz sonsuz təşəkkürlərimizi bildiririk.


Tarix: 18-08-2021, 21:30 Oxunub: 642


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930