21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
2 YAŞINIZ MÜBARƏK, FƏDAİLƏR ORDUSU!!! - QAZAX QARABAĞ ƏLİLLƏRİNƏ QAYĞI İctimai Birliyi Şəhidlərimizi ziyarət edib...

ATİA.AZ  saytınin əməkdaşları  Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin  (QƏQİB) 2 yaşı tamam olması münasibətilə Qazax Rayon Qarabag Əlillərinə Qayğı İctimai Birliyinin üzvləri ilə birlikdə Ulu Öndər Heydər Əlirza oğlunun abidəsini, eləcə də  Qazax rayonunda və kəndlərində olan şəhidlərimizi ziyarət ediblər..
 Bildiyimiz kimi 4 aprel 2021-ci il tarixdə Respublika Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin 2 yaşı tamam oldu. Qazax Rayon
Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin üzvləri, başda  Qaragözov  Əli Cəbrayıl oğlu olmaqla, Qarabag Qaziləri və Müharibə Veteranları Ulu Öndərimiz, görkəmli şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin  abidəsini ziyarət edib, ona Allahdan rəhmət diləyib, daha sonra Qazax rayonunun  kəndlərində  (Agköynək, Çaylı, Daş Salahlı, Ürkməzli, Alpoud, Fərəhli, Qızıl Hacılı) uyuyan ŞƏHİDLƏRİMİZİ ziyarət ediblər.

Qarabağ Qaziləri xüsusi olaraq onlara daima diqqət və qayğı göstərən ölkə başcısı, Möhtərəm Prezidentimiz  İlham Əliyev Cənablarına  göstərdiyi qayğı və ehtirama görə   sonsuz təşəkkürlərini bildirib. 
Qazax rayon QƏQİB-in üzvləri, başda  Qaragözov Əli Cəbrayıl oğlu olmaqla, Qarabag Qaziləri və Müharibə Veteranları, Qarabag Əlillərinə Qayğı İctimai Birliyinin sədri, Qarabag Qazisi Firuddin Məmmədovu  təbrik edib, ona uzun ömür, can sağlığı arzu ediblər.
İnanırıq ki,  QƏQİB  daha geniş və hərtərəfli fəaliyyət göstərərək dövlətimizin, millətimizin, döyüşçülərin etimadını doğruldacaqdır.
ATİA.AZ olaraq irəlidəki günlərdə Qazağın digər kəndlərində də saytımızın dəstəyi ilə orada uyuyan bütün Şəhidlərimizi ziyarət etməyi nəzərə almışıq.
    2 YAŞINIZ MÜBARƏK, FƏDAİLƏR ORDUSU!!!


Tarix: 9-04-2021, 01:48 Oxunub: 971


Bölməyə aid digər xəbərlər