Qazax rayon Çaylı kəndinin yaxınlıgından kecərkən bir mənzərə ilə rastlaşdım .
Çaylı kəndinin Şəhidlər Xiyabanı, yolnan kecərkən insanı istər - istəməz qapısını acıb icəri daxil olmağa, orda olan səliqə səhmanı görməyə cəlb edir .
Bu gün Çaylı kəndinin yolundan kecərkən, Şəhidlər Xiyabanındakı səliqə səhmanı görüb qapıdan icəri daxil oldum. Bir necə Şəhid anaları övladlarını ziyarətə gəlmişdi, məndə öz adımdan baş sağlığı verib Şəhid analarından xahiş etdim ki, əgər icazə versəydiz Şəhidlər Xiyabanını cəkib burda olan səliqə səhmanı ictimaiyyətlə bölüşərdim. Təbii ki , etiraz etmədən cəklişə icazə verdilər .
Bir necə şəkil cəkdikdən sonra sual verdim ki, Şəhidlər Xiyabanınına kim nəzarət edir, nə yaxşı səliqəli saxlayıblar, halal olsun hər kimdirsə .... Bir nəfər Şəhid yaxını bir şəxsin adını söylədi. Bəs hanı hardadı həmin şəxs dedim, buralardamı olur? Əlini irəliyə doğru uzadaraq Şəhidlər Xiyabanından bir az aralı bir necə şəxsin bir yerə toplaşdığı yeri göstərərək orda mərəkədə söhbət edir dedi.
Həmin dediyi yerə gedib ""Şəhidlər Xiyabanına kim nəzarət edir" deyə soruşdum. Bir nəfər əlini yaşlı bir yaşlı kişiyə uzadaraq "bu agsaqqal nəzarət edir" deyərək göstərdi. Yaxınlaşdım həmin agsaqqalın yanına, əlindən tutaraq öz təşəkkürümü bildirdim.
Cox nurani, gözəl bir insan idi. Dedi: "bala mən tək deyiləm, iki nəfər köməklim də var, biri də bu agsaqqaldı" - deyərək yanındakı agsaqqal kişini göstərdi. Ona da öz təşəkkürümü bildirərək "icazə versəydiz Sizin bu gördüyünüz işləri cəkib ictimaiyyətlə bölüşmək istərdim, nə deyirsiz?" deyə sual ünvanladım, razılıq verdilər . Həmin bu iki şəxs bu dəyərli insanlardı:
Qocayev Vidadi Məhərrəm oğlu və Allahverdiyev Asif Yahya oğlu .
Nəzərinizə onu da catdırım ki, hec bir təmənna güdmədən, bu iki dəyərli insan Şəhidlər Xiyabanını səliqə səhmana salıb, hər gün ora nəzarət edirlər.
Həmin agsaqqallarla söhbət ərəfəsində mənə dedilər ki , Çaylı kənd camaatı Şəhidlər Xiyabanına xüsusi diqqət ayırır. Kim əlindən nə gəlir, maddi - mənəvi öz dəstəklərini , öz qayğılarını edirlər.
Məndə öz adımdan gördükləri bu gözəl, savab işlərə görə , Çaylı kənd camaatı başda olmaqla Vidadi kişiyə, Asif kişiyə sonsuz təşəkkürümü bildirirəm. Allah ürəyinizə, qəlbinizə görə versin .
Nəzərinizə onuda catdırım ki, Çaylı kəndi ümumilikdə 32 Şəhid verib. Onlardan 27-si 1992 - 1993 - cü illərdə, 5 nəfəri isə 2020 ci -il Vətən müharibəsində.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Allah ailələrinə və əzizlərinə səbr versin.
Şəhidlər unudulmur. Şəhidlər unudulmayacaq .
Şəhidlər ölməz - Vətən Bölünməz.
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər