11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Tərifləyə-tərifləyə bizə sırıdığınız SIĞORTA SİSTEMİ budur?" - Vətəndaşların icbari tibbi sığorta DƏRDİ

“İşləməyən bir sistemə görə niyə bizdən pul tuturlar?” - bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin fəaliyyətindən narazılıq edən jurnalist İlahə Məmmədova deyib.

O, bildirib ki, gecə allergiya səbəbi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gedib. İcbari tibbi sığortasının olmasına baxmayaraq, müalicə üçün ehtiyac olan dərmanları öz cibindən pul qoyaraq alıb:

“Qarşılaşdığımız antisanitar vəziyyətdən danışmayacağam, çünki demək istədiyim məsələ başqadır. Qapıda ilk yaxınlaşanda qeydiyyat elədilər, çek verdilər, çekdə də iri hərflərlə “sığortalı” yazılmışdı. Lakin həkim ilkin baxışdan sonra almalı olduğumuz sistem və iynələrin siyahısını verdi ki, gedin tapın, alın. Aldıq. Sistemi qoşdular, vəziyyətim stabilləşdi. Öz-özümə düşünürdüm ki, nəhayət hər ay maaşımızdan tutulan pullar işə yarayır.

Sistemi qoşmaq haqqını istəmədilər. Lakin tibb bacısı xanım sevincini necə deyərlər, qursağımda qoydu. “Xanım, bəs pul? Pulsuz sistem vururlar?Aləmsiz” . Deyirəm axı sğortalıyam, maaşımdan hər ay 8 manat çıxılır ( bildiyim qədər eyni miqdarda işlədiyim şirkət də ödəmə həyata keçirir). Deyir, nə olsun məndən də tutulur…Xülasə xanım qız 10 manatını almadan bizi buraxmadı. Əgər bu pul tutulursa, niyə sistem işləmir? Və ya işləməyən bir sistemə görə niyə bizdən pul tuturlar? Ortada o qədər cılız, ucuz bir vəziyyət yaranır ki hər dəfəsində.

Keçən dəfə “Semaşko” da eyni vəziyyətlə qarşılaşmışdım, analizlər üçün 30 manat pul verdim. Onsuz da biz öyrəşmişdik pulumuzu verib həkimə getməyə. Neynəyirdik ki, sığortanı? Tərifləyə – tərifləyə bizə sırıdığınız “sığorta sistemi” budur? “Allah yolumuzu xəstəxanadan salmasın” deyib, yenə inşallahlarla söhbəti bağlayıram”.
 


Tarix: 24-07-2021, 12:27 Oxunub: 394


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı