ATİA.AZ-a Kəlbəcər rayon 2 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əmrahova Sevda Allahverdi qızının açıqlaması...

ATİA.AZ saytında 10.06.2021-ci ildə Kəlbəcər rayon 2 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Əmrahova Sevda Allahverdi qızının diplomunun saxta olması barədə yazı dərc olunmuşdu. Həmin məsələ barəsində Əmrahova Sevda Allahverdi qızı saytımıza açıqlama verərək deyilən məlumatların yalan və əsassız olduğunu bildirdi. Sevda Əmrahova bildirdi ki,  “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Cəncə şəhəri üzrə Maliyyə İdarəsinin aparıcı  məsləhətçi nəzarətçisi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən ona verilmiş diplomun doğruluğu araşdırılmış, AMİ-nun  Gəncə filialının diirektoru Ramiz Məmmədovun və kadrlar  şöbəsinin müdiri,  diplomlar   üzrə maddi məsul şəxs Səxavət Məmmədovanın iştirakı ilə yoxlanılmışdır.  Yoxlama zamanı 5 oktyabr 2006 cı il tarixdə ona YB n 006680 saylı diplom verilmiş və diplomların  qeydiyyatı kitabına 12/0019n-si ilə qeydə allnmışdır”. 
Sevda Əmrahova   Qazax Müəllimlər İnstitundan "Azərbaycan dili və ədəbiyyat" müəllimi   ixtisası üzrə yeni diplom alınması iddiasına cavab olaraq bildirdi ki, onun Qazax Müəllimlər İnstitutu ilə heç bir əlaqəsi olmayıb və oradan heç bir diplom almamışdır. 


Tarix: 14-06-2021, 23:25 Oxunub: 771


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930