11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
MƏN HAMININ “DOLYASINI” VERMİŞƏM, MƏNƏ HEÇ KİM TOXUNA BİLMƏZ.. – KƏLBƏCƏR 58 saylı məktəbin direktoru Malik Mustafayev

Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçiliyində olan Təhsil Ocaqlarında özbaşınalıqlar baş alıb gedir. Rayon təhsil sektorunda hər gün elə qanunsuzluqlara, misli görünməmiş dərəbəyliklərə yol verilir ki, artıq sanki bu bir ənənə halını alıb.
Biz redaksiyamıza daxil olan məlumata əsasən Kəlbəcər rayon 58 saylı tam orta məktəbdə “adı var, özü yox” işçilər haqqında qısa məlumat vermişdik, belə ki,
-Hüseynov Ceyhun Dağyunis oğlu -- gözətçi,
-Hüseynova Katibə Şura qızı -- katibə,
-Ələsgərova Təhminə Qəşəm qızı -- Uşaq birliyinin rəhbəri,
-Mehtiyev Zakir Əbülfət oğlu –laborant və s… işçilərin stat cədvəlində adları olmasına baxmayaraq özləri məktəbə gəlməməsi barədə daxil olan məlumatı paylaşmışdıq.
Əldə etdiyimiz yeni məlumatları nəzərinizə çatdırırıq:
Mənbənin verdiyi məlumata görə 58 saylı məktəbin direktor müavini ixtisasca tarix müəllimidir və bütün dərs saatları ona həvalə olunub. Ehtiyac olduğu halda tarix müəllimi haqda vakansiya verilməyib. Bundan başqa məktəbdə Azərbaycan dili-ədəbiyyat müəlliminə ( 2 nəfər), kimya müəlliminə, musiqi ixtisası üzrə müəllimə, biologiya, coğrafiya müəllimlərinə ehtiyac olduğu halda bu vakansiyada öz əksini tapmır. Məhz bunun nəticəsidir ki, əmək təlimi müəllimi coğrafiya dərsi keçir, məktəbəqədər hazırlığa gələn uşaqlarla direktor müavini məşğul olur, üçüncü sinfin müəllimi analıq məzuniyyətində olduğuna görə ikinci sinfin müəllimi eyni saatda həm ikinci, həm də üçüncü sinfin uşaqlarına dərs keçir, fizika müəllimi kimyanı tədris edir və s… Bu isə nəticə etibarilə şagirdlərin təhsildə “kor” qalmasına gətirib çıxarır.
Bundan başqa mənbədən  daxil olan məlumata görə məktəbdə 1 gözətçi, 1 odunçu, 1 peç yandıran və 2 süpürgəçi “var”. Katibə ştatında “işləyən” əlildi, latın əlifbasını bilmir, katibənin oğlu gözətçi işləyir və s Mənbənin verdiyi məlumata görə Kəlbəcər rayon 58 saylı tam orta məktəbin direktoru Malik Mustafayev hətta həyat yoldaşının da adını direktor olduğu məktəbə işçi kimi yazdırıb. Deyilənə görə direktor deyir ki, “ mən nə edirəm hamı bilir, mənə heç kim heç nə edə bilməz”.
Kəlbəcər rayon Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məhəmmədovun şikayətçi Hüseynov Elnur Rasim oğluna ünvanladığı cavab məktubunda 58 saylı məktəbdə baş verən qanun pozuntuları haqqında ətraflı dəlillər göstərilir.
Ümumiyyətlə, 58 saylı məktəbin direktoru Malik Mustafayev “burda mənəm, Bağdadda kor Xəlifə” şüarını əlində əsas tutaraq heç kimdən qorxmadığını deyir. Açıqlama üçün müraciət etdikdə bizə belə cavab verir: “Gedin nə istəyirsiniz yazın, onsuz da heç kim mənə heç nə edə bilməz, mən hamının “hesabını” verirəm. Yoxlamaya gələn Qurumlar mənim yanımda gözü kölgəlidir, çünki hamısının “dolyasını” vermişəm”
Görəsən Malik Mustafayev bu “dolyaları” kimə verib? – Təhsil Nazirliyinəmi, yoxsa Kəlbəcər rayon Təhsil Şöbəsinəmi?
İnanırıq ki, Möhtərəm Prezidentimizin bütün neqativ hallarla mübarizə apardığı bir vaxtda etimad göstərib Kəlbəcər rayon İcra Hakimiyyətinə Başçı təyin etdiyi Azər Qocayev bu işlərin araşdırılması yönümündə lazımi addımlar atacaq.
… Bu kimi məlumatlar çoxdur, araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
 amia.az


Tarix: 15-04-2021, 04:29 Oxunub: 760


Bölməyə aid digər xəbərlər