Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçiliyində olan Təhsil Ocaqlarında özbaşınalıqlar sərhəd tanımır. Rayon təhsil sektorunda hər gün elə qanunsuzluqlara, misli görünməmiş dərəbəyliklərə yol verilir ki, buna ad vermək mümkün deyil.
Söhbət Kəlbəcərin Təhsil Şöbəsinin müdiri Fazil Zeynalov və ətrafındakı dəstənin məktəblərdə olan qanun pozuntularına göz yummalarından gedir. Bu da hər zaman ictimaiyyətdə narazılıq yaradır.
Bundan əvvəl Kəlbəcərin 31 saylı tam orta məktəbindən baş alıb gedən özbaşınalıqlar, 33 saylı məktəbdə yaşanan gərginliklər barədə məlumat vermişdik. Daha sonra Kəlbəcər rayon 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması barədə social şəbəkələrdə yayımlanan video-çəkiliş barədə yazılar dərc olunmuşdu. Ardıcıl olaraq məktəblərdə şikayətlərin artması isə sırf Təhsil Şöbəsi rəhbərliyinin yaratdığı mühitin, dövlətin qanunlarına zidd addımların atılmasının təcəssümüdür.
Bu kimi hallar ictimaiyyətin və adı çəkilən Təhsil müəssisələrində çalışan “qanuni” işçilərin haqlı narazılığına səbəb olur. Sual oluna bilər ki, “qeyri-qanuni” də işçi ola bilərmi?
Bu barədə redaksiyamıza daxil olan məlumata əsasən Kəlbəcər rayon 58 saylı tam orta məktəbdə “adı var, özü yox” işçilər haqqında qısa məlumat veririk:
-Hüseynov Ceyhun Dağyunis oğlu -- gözətçi,
-Hüseynova Katibə Şura qızı -- katibə,
-Ələsgərova Təhminə Qəşəm qızı -- Uşaq birliyinin rəhbəri,
-Mehtiyev Zakir Əbülfət oğlu –laborant və s…….
Mənbənin verdiyi məlumata görə Kəlbəcər rayon 58 saylı tam orta məktəbin direktoru Malik Mustafayev hətta həyat yoldaşının da adını direktor olduğu məktəbə işçi kimi yazdırıb.
Mümkün deyil ki, bütün bunlardan Kəlbəcər Təhsil Şöbəsinin müdiri Fazil Zeynalovun xəbəri olmasın. Görəsən Fazil Zeynalov nəyə görə bu və bu kimi özbaşınalıqlara, qanun pozuntularına göz yumur?
Bu sahədə araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər