Son zamanlar Kəlbəcər rayon Təhsil Şöbəsində baş verən verən qanunsuzluqlar haqqında yazılar sosial şəbəkələrdə yer alıb. ATİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalov bu şöbəni ailə mafiyasına çevirə bilib. Mənbənin verdiyi məlumata görə Fazil müəllimin həyat yoldaşı Zeynalova Mehbarə Müslüm qızı Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçilində olan 101 saylı məktəbdə direktor işləyir. Bu isə Azərbaycan Respublikasının Qanunvericiliyinə ziddir.
Bundan əlavə Fazil müəllimin oğlu Zeynalov Elnur da həmin 101 saylı məktəbdə "Uşaq birliyi təşkilatının rəhbəri" vəzifəsində işləyir. Mənbənin verdiyi digər məlumata görə Fazil müəllimin iş müqaviləsinin vaxtı bitmişdir.
Görəsən bütün bunlardan sonra TƏHSİL NAZİRLİYİ və Kəlbəcər rayon İH-nin başçısı Azər Qocayev Fazil müəllimin müqaviləsinin uzadılmasına nə münasibət göstərəcəklər?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər