11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
KƏLBƏCƏR TƏHSİLİNDƏ ANOLOQU OLMAYAN İNKİŞAF - SADƏCƏ MÜƏLLİMSƏNSƏ İXTİSASDAN ASILI OLMAYARAQ BÜTÜN FƏNLƏRİ TƏDRİS EDƏ BİLƏRSƏN...

Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçiliyində olan Təhsil Ocaqlarında özbaşınalıqlar baş alıb gedir. Rayon təhsil sektorunda hər gün elə qanunsuzluqlara, misli görünməmiş dərəbəyliklərə yol verilir ki, artıq sanki bu bir ənənə halını alıb.
ATİA.AZ olaraq biz redaksiyamıza daxil olan məlumata əsasən Kəlbəcər rayon 58 saylı tam orta məktəbdə “adı var, özü yox” işçilər haqqında qısa məlumat vermişdik, belə ki,
-Hüseynov Ceyhun Dağyunis oğlu -- gözətçi,
-Hüseynova Katibə Şura qızı -- katibə,
-Ələsgərova Təhminə Qəşəm qızı -- Uşaq birliyinin rəhbəri,
-Mehtiyev Zakir Əbülfət oğlu –laborant və s… işçilərin stat cədvəlində adları olmasına baxmayaraq özləri məktəbə gəlməməsi barədə daxil olan məlumatı paylaşmışdıq.
Redaksiyamıza yeni daxil olan məlumatları nəzərinizə çatdırırıq:
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə 1 il 3 aydır təyin olunub.
Əmək fəaliyyətini qanundan kənar prinsiplər üzərində qurmaqla, təhsilin və tədrisin səmərəli fəaliyyətinə zərbə vurmuş "cənab direktor" məktəb üzrə yeddi yeri vakansiyadan gizlətmişdir!
1. İbtidai sinif (2 yer)
2. Azərbaycan dili və ədəbiyyat (1 yer)
3. Tarixi (1 yer)
4. Coğrafiya (1 yer)
5. Kimya (1 yer)
6. Musiqi (1 yer)
Malik Mustafayevin 15 aylıq fəaliyyəti araşdırılarsa, nələrin aşkarlanacağını təsəvvür etmək elədə çətin deyil.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin ƏMHM-nin Nümunəvi Əsasnaməsinin
7.16-cı bəndində göstərilir : “Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi müsabiqəsinə vakan yerlərin çıxarılmasına nəzarəti həyata keçirmək”

Qeyd edək ki, əvvəlki yazılarımızda göstərilən faktlar məktəbdə aparılan yoxlamalar zamanı öz əksini tapdı.
Təhsil Nazirliyi və 8 saylı ƏMHM 58 nömrəli tam orta məktəbdə baş verən arzu olunmaz hallardan məlumatlıdır…
Qeyd edək ki, adı çəkilən məktəbin direktorunun haqqında əlimizdə daha ciddi qanun pozuntularına dair məlumatlar var…
ARAŞDIRMALARIMIZ DAVAM EDİR….
istinad: AMİA.AZ


Tarix: 9-04-2021, 22:28 Oxunub: 536


Bölməyə aid digər xəbərlər