11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şəmkir rayon M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbin direktoru ancaq öz qanunları ilə işləyir.. - İDDİA

ATIA.AZ bildirir ki, 27.03.2021-ci il tarixdə  saytımızda  Şəmkir  rayon   M.Süleymanov adına  Seyfəli kənd tam orta məktəbində gözətçi işləyən Məhərrəmov Zülfüqar Daşdəmir oğlu tərəfindən ünvanlanan  şikayət məktubu dərc olunmuşdu. Daxil olan şikayətdə   2017-ci  ildən Seyfəli kənd tam orta məktəbində  gözətçi işləyən vətəndaş Məhərrəmov Zülfüqar bu günə qədər üşləşdiyi haqsızlıqlar, məktəb direktoru Seymur Qurbanovun qanunsuz əməlləri, Dövlət Qanunlarına məhəl qoymaması, bir sözlə rəhbəri olduğu təhsil müəssisəsini yalnız “öz qanunları” ilə idarə etdiyi barədə şikayətlərini bildirmişdi.
http://atia.az/gundem/3436-bu-mktbn-drektoru-yalnz-z-qanunlar-l-lyr-dda.html
Şikayətçinin dediyinə görə ayın bütün günlərində 8 saatlıq qrafiklə, hətta bəzən 12 saatlıq qrafiklə, ay ərzində heç bir istirahət günü olmamaqla işləyir ki, bu da əmək qanunvericiliyinin tələblərinin pozulması deməkdir.
Təəsüflər olsun ki, məktəbin direktoru Seymur Qurbanov nəinki şikayətçinin haqlı tələblərinə münasibət göstərmir, hətta etdiyi qanunsuz əməllərlə “fəxr edir”.
Şikayətçi Məhərrəmov Zülfüqar Daşdəmir oğlu yenidən redaksiyamıza müraciət ünvanlayıb. Şkayət məktubunda deyilir:
“ Mən 14 günü səhər saat 06-00-dan axşam saat 18-00-a qədər işdə olmalıyam, sonra isə 7 saat istirahət edib,  gecə saat 01-00-dan səhər saat 08-00-a qədər işdə olmalıyam. Belə qanun yəqin heç Mozambik dövlətində də yoxdur. Bu direktorun fikri  xalqı  Prezidentimizdən narazı salmaqdır.
Belə çıxır ki, mən aprelin 14-dən martın 15-ə kimi 16 saat  işləməliyəm.  Şikayət də edəndə
yalandan bir- iki nəfərə  qol çəkdirəcək ki, Zülfüqar Məhərrəmov əmək funksiyasını yerinə yetirmədiyinə görə tohmət verilsin.  Mən də onun verdiyi töhmətə gülüm. 
Hörmətli Təhsil nazirliyi, xahiş edirəm bizim məktəbimizi gülməli vəziyyətdən qurtarın, gəlin bu məktəbi yoxlayın. Bu direktorun özbaşınalıqlarına son qoyulsun.
Cənab Təhsil naziri!  Əgər belə yaradıcı, yeni - yeni kəşfləri etməyi bacaran adamı işdən azad etmək istəmirsinizsə, heç olmasa imkan verməyin ki, o, kənd məktəbində işləsin. Onu ya nazirliyə yanınıza aparın , ya da böyük şəhər məktəblərinin birinə direktor təyin edin. Və yaxud Təhsil şöbələrinin birinə müdir təyin edin.
Bu direktor tarix müəllimidir və məktəbimizdə özündən başqa yalnız bir tarix müəllimi var. Ancaq O, VAKANSİYANI GİZLƏDİR, İSTƏMİR Kİ, MƏKTƏBƏ TARİX MÜƏLLİMİ GƏLSİN. NƏYƏ GÖRƏ İSTƏMƏDİYİNİ ÖZÜNDƏN SORUŞMAQ LAZIMDIR. 
 Məktəbdə tarix dərslərini başqa fənn müəllimlərinə verir”.
Maraqlısı budur ki, Şəmkir rayon Təhsil Şöbəsinin müdir əvəzi  Hafiz Pənahov bütün bu işlərdən xəbərdardır. Hətta şikayətçini çağrtdırıb direktordan şikayət etməməsini təkid edir.
 Şikayətçi məktubunda Təhsil Nazirinə müraciət edir:  “Hörmətli Təhsil naziri!!!  Cənab Prezidentimiz deyir ki, hər bir işçi şənbə və bazar günləri  dincəlməlidir. Məktəbin direktoru isə deyir ki, Prezident yalan deyir, gözətçilər ilin 365gününü işləməlidir. İndi xahiş edirəm  ki, mənə aydınlıq gətirin: məktəbin direktoru düz deyir, yoxsa cənab Prezidentimiz İlham Əliyev?
Və mənim 2018 ci ildə direktora rüşvət vermədiyimə görə məzuniyyətə buraxılmamağımın günahkarı kimdir? Prezidentimiz deyib heç kimə rüşvət verməyin. Mən direktora həmin vaxt rüşvət verməli idimmi?  Və bu direktoru nəyə görə, hansı marağa görə  müdafiə edirsiniz?”
Yəqin ki, aidiyyati QURUMLAR bu məsələ ilə bağlı lazım olan tədbirləri görəcəklər.
 Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Tarix: 9-04-2021, 09:13 Oxunub: 728


Bölməyə aid digər xəbərlər