11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Elə yaşa ki, uşaqların ədalət sözünü eşitdikdə ilk səni xatırlasın - Həyat qaydaları kitabından 40 aforizm

Haarriett Jackson Bronun "Life’s Little Instruction Book" kitabından 40 aforizm təqdim edirik.
 

1. Ucuz maşın işlət, amma ala biləcəyin ən gözəl evi al.
 
2. Adam kimi 3 lətifə öyrən.
 
3. Sevinclərini gecikdirmə.
 
4. Həyat yoldaşını diqqətli seç, çünki xoşbəxtliyin 90%-ni bu seçim müəyyən edir.
 
5. Hər gün 30 dəqiqə yürüş et.
 
6. Hər yeməkdən öncə şükür et.
 
7. Bir dostuna sirrini açmadan öncə 2 dəfə düşün.
 
8. Maaş qəbzini verən insanları əsla mühakimə etmə.
 
9. İtirəcək heç bir şeyi olmayan insanlardan qorx.
 
10. Elə yaşa ki, uşaqların "ədalət" sözünü eşitdikdə ilk səni xatırlasın.
 
11. Gözünün qarşısında yalnız yaxşı şeyləri saxla.
 
12. Özünü və başqalarını bağışlamağı bacar.
 
13. Dininə aid kitabı tam mənası ilə oxuyub anlamaq üçün özünə 1 il zaman ver.
 
14. İlk yardım qaydalarını öyrən.
 
15. Biri səni qucaqladığında ilk buraxan sən olma.
 
16. Hər gün 6 stəkan su iç.
 
17. Səni sevən insanları qoru.
 
18. Çətin belə olsa ailənlə tətil etmək üçün zaman ayır. Çünki tətil xatirələri həyatının ən dəyərli xatirələrindən olacaq.
 
19. Səhayətə çıxsan, cibində sənə aid sağlıq bilgilərini, ev adresini və telefon nömrəni qeyd etdiyin kağız saxla.
 
20. Uğurları mənəvi rahatlığın, sağlamlığın yerində olduğu və sevildiyin bir zamanda dəyərləndir.
 
21. Yaxşı bir evliliyin 2 əsas şərti olduğunu unutma: Doğru insanı tapmaq və doğru insan olmaq.
 
22. Valideynlərini, həyat yoldaşını və uşaqlarını danlamaq istədiyin zaman dilini dişlə.
 
23. Sevimsiz olmayacaq şəkildə ayrı fikirdə olmağı öyrən.
 
24. Cəsarətli ol. Geridə qalan həyatına baxdığın zaman etdiklərin üçün yox, etmədiklərin üçün üzüləcəksən.
 
25. Çox mükəmməl hesab etdiyin fikrin kim nə deyirsə desin, arxasında dur.
 
26. Kefsiz olduqda bunu çox üzə vurma.
 
27. Evlilik həyatını mənalı etmək üçün hər gün bir şey et.
 
28. Necə bir duyğu olduğunu öyrənmək üçün 24 saat heç kəsi və heç nəyi mühakimə etmə.
 
29. Yaxşılıqla deyilmiş bir sözü və yaxşı əməlləri dəyərləndir.
 
30. Uşaqların haqqında başqasına yaxşı sözlər söylərkən, imkan yarat onlar səni eşitsin.
 
31. Güc sahib olduğun maddiyyatla əlaqəli deyil, bunu unutma.
 
32. Biri ilə tanış olarkən, əlini uzat və adını de, amma bil ki, o, bunu tezliklə unudacaq.
 
33. Qələm və qeydiyyat dəftərini hər zaman yanında saxla.
 
34. Zaman və kəlimələrini boş yerə xərcləmə, ikisi də çox dəyərlidir.
 
35. Media ilə danışarkən, son sözü onların dediyini unutma.
 
36. İnsanlarla pulun haqqında danışma.
 
37. Bir şeyi əldə etmək üçün çox zaman sərf etmisənsə, dadını çıxarmaq üçün zaman ayır.
 
38. Kiminsə qəhrəmanı ol.
 
39. Nəyi və kimi dəstəklədiyini insanlara söylə.
 
40. Sadəcə sevdiyin üçün evlən.


Tarix: 17-03-2021, 20:03 Oxunub: 315


Bölməyə aid digər xəbərlər