Azərbaycanda baş redaktor vəfat edib

Azərbaycan Tibb Universitetinin "Təbib" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, şair Eldar İsmayıl Böyüktürk  fevralın 20-də 79 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb.
2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
O, "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir.
E.İsmayıl Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktorudur. 2010-cu ilin sentyabrın 20-də ona Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilib.
Allah rəhmət eləsin!


Tarix: 21-02-2021, 07:50 Oxunub: 256


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930