11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
Türkiyənin ilk elektrik krossoveri satışa çıxarıldı - QİYMƏTİ

   Türkiyənin ilk elektrik avtomobilləri istehsalçısı TOGG çərşənbə axşamı açıq satışa çıxarılan ilk modelin qiymətini açıqlayıb.
Şirkət TOGG T10X elektrik krossoverinin bir şarjla 314 km məsafə qət edən standart versiyanın qiymətinin 923 min lirə (48 500 dollar), tək şarjla 523 km məsafə qət edən versiyasının isə 1,215 milyon lirəyə (63,9 min dollar) başa gələcəyini bildirib.
    Elektromobillərinin artıq açıq satışa çıxmasına baxmayaraq, hazırda onları sifariş etmək mümkün deyil. Belə ki, ilkin mərhələdə istehsal olunan avtomobillər yalnız bir ay əvvəl keçirilən püşkatmada iştirak edənlərə satılacaq. 2023-cü ilin sonuna qədər 20 mindən çox insanın elektrik krossoverlərinin sahibi olacağı gözlənilir.
    TOGG elektrik avtomobilləri ölkənin qərbindəki Bursa vilayətində istehsal olunacaq.
Xatırladaq ki, TOGG 2019-cu ildə təqdim edilib. Ən populyar SUV seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında baş tutub və nəqliyyat vasitəsi 4,8 saniyəyə 100 km/saat sürətlənib. İstehsalçıların fikrincə, elektromobilin 80% enerji ilə doldurulması 30 dəqiqə çəkəcək.
     TOGG şirkətinin rəhbərliyindən verilən məlumata görə, ildə təxminən 100 min elektromobil istehsal etmək planlaşdırılır. 2030-cu ilə qədər bir milyona yaxın avtomobil yığmaq nəzərdə tutulub.
    TOGG-un rəsmi satışları 1,5 il ərzində daxili bazara yönəldiləcək. Daha sonra maşınların Avropa ölkələrinə, xüsusən də Almaniya və Fransaya ixracı planlaşdırılır.

Mənbə: Anadolu


Tarix: 15-03-2023, 08:06 Oxunub: 164


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?