Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi və yoxa çıxdı

Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dollar ianə edib. Sonra isə yoxa çıxıb.
Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində paylaşım edib.
Zəlzələdən sonra Türkiyəyə xilasetmə qruplarını sövq edən Pakistan yük maşınları və təyyarələr vasitəsilə də humanitar yardımlar göndərməyə davam edir.
Son olaraq isə adı açıqlanmayan bir pakistanlı Türkiyənin Vaşinqtondakı səfirliyinə gələrək zəlzələ qurbanları üçün 30 milyon dollar bağışlayıb, sonra isə səssizcə səfirliyi tərk edərək yoxa çıxıb.
Baş nazir bu davranışın onun qəlbinə toxunduğunu bildirib. “Adı açıqlanmayan bir pakistanlı Türkiyənin ABŞ-dakı səfirliyinə gələrək Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 30 milyon dollar bağışlayıb. Bu məni çox təsirləndirdi. Bu, bəşəriyyətin aşılmaz kimi görünən çətinliklərini dəf etməyə imkan verən şərəfli xeyriyyəçilik nümunəsidir”, - deyə o qeyd edib.
Mənbə: Haber Global


Tarix: 15-02-2023, 09:34 Oxunub: 267


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31