İran tezliklə 2 ölkəyə hücum edəcək – ABŞ-dan ŞOK İDDİA

ABŞ-ın aparıcı qəzetlərindən biri olan “Wall Street Journal” İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün tezliklə Səudiyyə Ərəbistanı və İraqa hücum edə biləcəyini yazıb.
Qəzetə  danışan  ABŞ və Səudiyyə rəsmiləri İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanı, ABŞ və bəzi digər ölkələrin ordularının həyəcan vəziyyətində olduğu bildirilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi də iddialardan narahatlığını ifadə edib:
"Hərbi və kəşfiyyat kanalları vasitəsilə Səudiyyə Ərəbistanı ilə daim əlaqə saxlayırıq. Biz öz maraqlarımızı və regiondakı tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik".
Manset.az


Tarix: 2-11-2022, 10:01 Oxunub: 467


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930