Türkiyə prezidenti Azərbaycana yola düşüb

 "TRT Haber"ə istinadən məlumat veririk ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv dövlətlərinin dövlət başçılarının iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.

.Qeyd olunur ki, səfərdə Türkiyə liderini ölkənin xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyə Prezidentinin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edirlər.


Tarix: 4-07-2025, 10:46 Oxunub: 1 094


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31