Mahsun Kırmızıgül yeni serial çəkir

Türkiyəli müğənni, prodüser Mahsun Kırmızıgül yeni serial üzərində çalışır. “CNN Türk”ə istinadən xəbər verilir ki, “Güzel Aşklar Diyarı” adlı ekran işi tezliklə “Kanal D”də yayımlanacaq.

Serialda Halil Ergün, Özgü Kaya, Burak Berkay Akgül, Meltem Cumbul, Melis Birkan və s. aktyorlar yer alıb. Serialın musiqiləri Mahsun Kırmızıgülə məxsusdur.

Qeyd edək ki, 77 yaşlı H. Ergün Azərbaycan tamaşaçılarına “Yaprak dökümü” serialındakı Ali Rıza Tekin obrazı ilə tanışdır. 


Tarix: 12-08-2024, 18:01 Oxunub: 457


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31