Türkiyəli fermerdən Azərbaycanla bağlı maraqlı addım

Türkiyənin Marmara bölgəsinin Kırklareli kəndində yaşayan fermer maraqlı addımı ilə diqqət çəkib. Türkiyə mətbuatına istinadən xəbər verilir ki, fermer Burak Tunçkol öz tarlasında “Azərbaycan, Cümhuriyyət bayramın mübarək olsun”, - yazıb. 

B.Tunçkol bunu Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünü münasibətilə etdiyini bildirib. “İşim təxminən 4 saat davam etdi. Burada məqsədimiz türklərin birliyini, Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu dünyaya çatdırmaqdır”, - fermer qeyd edib.

Fermer bunu serial aktyoru Melikşah Özenin dəstəyi ilə edib. Traktoruna Türkiyə və Azərbaycan bayraqları asan Tunçkol torpaqda yazını da şumlama ilə yazıb. Aktyor Özen də əlində Türkiyə və Azərbaycan bayraqları ilə tarlada at belində gəzərək bayrama öz töhfəsini verib.

Tunçkol Özenin çəkdiyi “Qarabağ zəfəri” qısametrajlı filmini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmaq istədiklərini qeyd edib.


Tarix: 24-05-2024, 18:30 Oxunub: 304


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930