"Mənə kişi deməyi dayandırın"

Boks üzrə olimpiya çempionu İman Xəlif ona qarşı nifrət dalğasının yarandığını bildirib. Bu barədə o, SNTV-yə müsahibəsində danışıb.

“Mən bütün dünya insanlarından xahiş edirəm ki, Olimpiya prinsiplərinə və Olimpiya Xartiyasına hörmət etsinlər və idmançıları təhqir etməkdən çəkinsinlər, çünki bunun böyük nəticələri var. İnsanları məhv edə, düşüncələrini, ruhunu və zehnini öldürə bilər. Nifrət insanları ayırır. Buna görə də onlardan zorakılıqdan çəkinmələrini xahiş edirəm", - o qeyd edib.
 
İdmançı insanları ona kişi deməməyə çağırıb.
 
Qeyd edək ki, Avqustun 1-də 66 kq çəki dərəcəsində qadınların boks yarışının 1/8 finalında İman Xəlif italiyalı Angela Karinini məğlub edib. Bu matçdan sonra əlcəzairli idmançının kişi olması barədə xəbərlər yayılıb. Beynəlxalq Boks Federasiyasının 2022-ci ildə İman Xəlifin “bioloji kişi” olduğunu bildirib. Buna səbəb onun testosteron hormonlarının həddidən artıq olması göstərilib.


Tarix: 5-08-2024, 13:09 Oxunub: 520


Bölməyə aid digər xəbərlər
26-06-2022, 09:26 QAZAX İDMANINA DƏSTƏK OLAQ


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031