21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
İspaniya çempion!

Avro-2024-ün finalında bu gün keçiriləcək İspaniya - İngiltərə oyunu üçün start heyətlər müəyyənləşib. Komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda meydana aşağıdakı tərkibdə çıxacaqlar:

İspaniya: Unai Simon; Dani Karvahal, Robin Le Normand, Emerik Laport, Mark Kukurella, Rodri, Fabian, Dani Olmo, Lamine Yamal, Nico Uilliyams, Morata

İngiltərə: Pikford, Quehi, Stounz, Uolker, Şou, Saka, Kobbi, Rays, Bellinqem, Foden, Keyn 
***
Matç başladı.
***
İlk hissə qolsuz başa çatdı.
***
Niko Uilyams 46-cı dəqiqədə vurduğu qolla İspaniya hesabı açır.

Palmer 72-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirir - 1:1.

86-cı dəqiqədə İspaniya yenidən hesabda önə keçir. Mikel Oyarzabal adını tabloya yazdırır.

Matç başa çatdı. İngiltərəni 2:1 hesabı ilə məğlub edən İspaniya millisi Almaniyada keçirilən Avropa çempionatının qalibi olur.


Tarix: 15-07-2024, 09:33 Oxunub: 177


Bölməyə aid digər xəbərlər