21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Avro-2024: İspaniya və Fransa yarımfinalda

Ötən axşam Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Erkən final adlandırılan bu oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran İspaniya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Digər matçda isə Portuqaliya Fransa millisi ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada 5:3 hesabı ilə daha dəqiq olan Fransa yarımfinala adlayıb.

Yarımfinalda İspaniya və Fransa üz-üzə gələcək.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.
5 iyul
Avro-2024
1/4 final
23:00. Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)
Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".
20:00. İspaniya - Almaniya - 2:1
Qol: Dani Olmo, 52 (1:0), Virtz, 89 (1:1), Merino, 119 (2:1)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".


Tarix: 6-07-2024, 10:10 Oxunub: 242


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı