21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
“Real” 15-ci dəfə Çempionlar Liqasının qalibidir!

Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək. Həlledici oyunda Madrid “Real”ı ilə Dortmund “Borussiya”sı üz-üzə gələcəklər.
Londondakı “Uembli” stadionunda baş tutacaq final görüşünə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Real” Çempionlar Liqasında 14 dəfə qalib olub və bu baxımdan rekordçudur. “Borussiya” isə tarixində ikinci dəfə bu turnirin qalibi ola bilər.

Çempionlar Liqası - Final (1 iyun)
23:00. Borussiya (Dortmund, Almaniya) – Real (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).

London. “Uembli” stadionu - Matç başladı.
***
Birinci hissə başa çatdı - 0:0
***
İkinci hissə başladı.
***
"Real" finalda önə keçir. Dani Karvahal 74-cü dəqiqədə fərqlənir.
***
"Real" artıq ikinci qolu vurur. Vinisius Junior 84-cü dəqiqədə fərqlənir.
***
Matç bitdi. "Real" 15-ci dəfə Çempionlar Liqasını qazandı


Tarix: 2-06-2024, 09:02 Oxunub: 361


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı