Rusiyada 13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı

Rusiyanın Omsk şəhərində axşam saatlarında altı yaşlı qız 13-cü mərtəbənin pəncərəsindən həyətə yıxılsa da, sağ qalıb. Məlumatı Omskın Daxili İşlər Nazirliyinin regional idarəsindən də təsdiq ediblər.

Qeyd olunur ki, valideynlər uşağı evdə yatırdıb bayıra çıxıblar, mənzilə qayıdanda isə uşağı evdə tapmayıblar. Qısa axtarış nəticəsində uşağın həyətdə qazonun üstünə uzanıb qaldığı məlum olub.

Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları uşağı xəstəxanaya aparıblar. Həkimlər uşağın vəziyyətini ağır qiymətləndirsələr də, onun sağ qaldığını söyləyiblər.


Tarix: 5-05-2024, 09:36 Oxunub: 316


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31