İraqda homoseksuallar həbs ediləcəklər

İraq parlamenti homoseksualları 15 ilə qədər həbs cəzasına məhkum edən qanunu qəbul edib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, qanunun məqsədi İraq cəmiyyətini dünyanı bürümüş mənəvi pozğunluğdan və homoseksuallığa çağırışlardan qorumaqdır.

Bildirilib ki, qanunu əsasən İraqın müsəlmanların çoxluq təşkil etdiyi parlamentində ən böyük koalisiyanı təşkil edən mühafizəkar şiə müsəlman partiyaları müdafiə ediblər.

Qeyd olunub ki, “Fahişəliyə və Homoseksuallığa Qarşı Mübarizə Qanunu”nda eyni cinsdən olan şəxslə münasibətdə olmaq minimum 10, maksimum 15 il, homoseksuallığı və fahişəliyi təbliğ edən şəxslər üçün isə yeddi il həbs cəzası nəzərdə tutulub.


Tarix: 30-04-2024, 10:37 Oxunub: 312


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31