11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır”

“Doğrudan da, Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Biz bunu belə qəbul edirik. Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər”  -  bunu Prezident İlham Əliyev  yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında İraqdan olan jurnalistin sualını cavablandırarkən deyib.
“Ermənistanın keçmiş prezidenti Köçəryanın dağılmış və üzərində təhqiramiz ifadələr olan həmin Ağdam məscidinin önündə fotoşəkilləri var. Onlar bu cinayəti törədiblər və mən dəfələrlə müxtəlif tədbirlərdə, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşlərində və digər beynəlxalq tədbirlərdə qeyd edirdim ki, bu cinayəti törədənlər, İslam müqəddəslərinin təhqirini özünə rəva bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməzlər. Mən müsəlman ölkələrinin liderlərinə üz tutub deyirdim ki, sizin əl sıxdığınız insanlar müsəlman məscidlərini dağıdan, sökən, orada inək, donuz saxlayanlardır. Zəngilan işğaldan azad olunandan sonra bu, lap yeni görüntülərdir. Müharibə dövründə o görüntülər də üzə çıxmışdır. Zəngilan rayonunun məscidlərinin birində donuz saxlayırdılar. Pənahəli xanın sarayını tövləyə çevirmişdilər. Yəni, bunu qəsdən edirlər. Məgər, heyvanları başqa yerdə saxlamaq olmaz? Qəsdən edirlər. Görün, müsəlmanlara qarşı bunların nifrəti nə qədər böyükdür və bunu edən cinayətkarlar, bunu edən əxlaqsızlar ondan sonra da gedib bəzi müsəlman ölkələrinin liderləri ilə görüşüb hansısa dostluqdan, əməkdaşlıqdan danışırlar. Ona görə mən xahiş edirəm, bu görüntüləri yayın bütün dünyaya. Bütün dünya görsün ki, Ermənistan rəhbərliyi islamofob xislətləri ilə fərqlənir və bu, təkcə bizə deyil, bütün müsəlman aləminə qarşı təhqirdir”, – deyə dövlət başçısı bildirib.
İlham Əliyev qeyd edib ki, azad edilmiş torpaqlarda məlumatlara görə, 67 məscid var idi, onlardan cəmi biri nisbətən salamat vəziyyətdədir:
“Qalanlar ya tam dağıdılıb, ya da ki, onların böyük hissəsi dağıdılıb. Biz bütün məscidləri bərpa edəcəyik. Əlbəttə ki, İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. Bu yaxınlarda sizin də qeyd etdiyiniz kimi, ICESCO-nun nümayəndə heyəti Azərbaycanda idi. Onlar Ağdam məscidini ziyarət etmişlər və ondan sonra ICESCO-nun Baş katibi ilə görüş əsnasında belə bir təklif irəli sürüldü ki, ICESCO bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər. Biz bunu alqışlayırıq. Digər müsəlman ölkələrinin nümayəndələrinin təşəbbüslərini də biz alqışlayırıq. Biz bu bərpa işlərini İslam həmrəylik bayramına çevirməliyik. Çünki Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı çox ardıcıl siyasət aparır. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə ölkəmizdə keçirilmiş müxtəlif tədbirlər, eyni zamanda, prinsipial məsələlərlə bağlı açıq mövqeyimiz, əlbəttə ki, İslam aləmində də bizə böyük nüfuz qazandırıb. Müsəlman ölkələri arasındakı birlik, həmrəylik bizim hamımız üçün lazımdır. Ona görə belə bir təklifə görə sizə təşəkkürümü bildirirəm və xahiş edirəm ki, öz ölkənizin ictimaiyyətini bu reallıqlarla tanış edəsiniz”.


Tarix: 27-02-2021, 07:58 Oxunub: 350


Bölməyə aid digər xəbərlər