11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Əməkdaşlığımızda yeni səhifə açacaq səfər" - Emil Qurbanov

     Noyabr ayının  20-si Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İraq Respublikasının  Prezidenti  Əbdüllətif Camal  Rəşidin  mətbuata verdikləri  bəyanatlarla  yaddaqalan oldu. Mətbuata verdiyi  bəyanatında İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfərini Dövlət Başçımız  cənab   İlham Əliyev tarixi səfər adlandıraraq   bildirdi ki,  hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur.
     İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir.  BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.
    Tarixi həqiqətlərdən söz açan ölkə rəhbəri qeyd etdi ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, ud a bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.
Möhtərəm Prezidentimiz bəyanatında  bir sıra mühüm və vacib məqamlara toxunaraq  qeyd etdi ki, yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə Azərbaycan tərəfindən aparılmış antiterror tədbiri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən ölkəmiz örnək hesab olunmalıdır. Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror tədbirini apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Dağlıq Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Onun qeyri-qanuni olmasına baxmayaraq, onlar özləri “dağlıq qarabağ respublikası” adlandırdıqları bu qeyri-qanuni qurumu buraxdılar. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır.
    Dövlət başçısı onu da vurğuladı ki, Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib. Ölkə baçısının qeyd etdiyi kimi, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər.
    Dövlət başçısı qeyd etdi ki, bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Möhtərəm Prezidentimiz çıxışında qeyd etdi ki, Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Fransanın müstəmləkə siyasətinə gəlincə Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar.
Ölkə başçımız xüsusi vurğuladı ki, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək.
     Dövlət başçısı qeyd etdi ki, Azərbaycan sülhə hazırdır,   lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq.
      İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər də mühüm əhəmiyyət daşıyır.         “Azərbaycan  Respublikasının   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər  Nazirliyi  arasında  əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcək tarixi sənədlərdir.
     Əminliklə qeyd etmək  lazımdır ki,  Azərbaycanla İraq  arasında diplomatik əlaqələr tarixi boyunca  İraq Prezidentinin Azərbaycana ilk  rəsmi səfəri ölkələrimiz  arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəkdir və əməkdaşlığımızda yeni səhifə açacaqdır.

Emil Qurbanov
 YAP Qazax rayon təşkilatının fəalı


Tarix: 27-11-2023, 11:12 Oxunub: 211


Bölməyə aid digər xəbərlər