11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazaxda 13 yaşlı məktəbli qız qızılcadan ölüb

     Azərbaycanda 13 yaşlı məktəbli qızılcadan vəfat edib.NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qazaxda baş verib.
       TƏBİB-dən bildirilib ki, 2011-ci il təvəllüdlü şəxs (qadın cinsi) 12.01.2024-cü il tarixində saat 15:44 radələrində ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib: “Tibb müəssisəsində ilkin tibbi müdaxilələr aparılmasına baxmayaraq, xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunmayıb.
    13.01.2024-cü il tarixində xəstə koma vəziyyətində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya təxliyə olunub.Tibb müəssisəsinin Uşaq intensiv terapiya bölməsində ona qızılca, ensefalit diaqnozu qoyulub. Vəziyyətində ağırlaşma müşahidə olunan pasiyentin paytaxt Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birinə təxliyəsi nəzərdə tutulub və aparılarkən yolda həkiməqədər ölüm qeydə alınıb”.
     Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxmuşdu.


Tarix: 19-01-2024, 09:17 Oxunub: 439


Bölməyə aid digər xəbərlər