11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Saxta diplomla vəzifəyə təyin olundu, cəzalandırıldı

      Füzuli rayonunda saxta diplomla vəzifəyə təyin edilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, bir müddət əvvəl rayonun Zobucuq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin müavini vəzifəsində çalışan 1988-ci il təvəllüdlü Rəsul  Umudovun işə daxil olarkən təqdim etdiyi diplomun saxta olması üzə çıxıb.
      Bəlli olub ki, R.Umudovun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının məzunu olması ilə bağlı təqdim etdiyi diplom saxtadır. Həmin diplom əsasında 3 il vəzifədə çalışan şəxs dərhal işdən azad edilib və onun barəsində Cinayət Məcəlləsinin 320.2-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə cinayət işi açılıb.
     Cinayət işi üzrə keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Füzuli Rayon Məhkəməsinin hökmü ilə Rəsul Umudova qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzası verilib. Həmçinin o, 1 il müddətində dövlət və yerli özünüidarə orqanlarında təşkilati, sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilib.


Tarix: 8-12-2023, 11:38 Oxunub: 110


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı